df9cd043-cabd-4279-8633-46be6e8fab20..jpg

Abşeronda yeni doğulan körpəsini asfaltın üstünə atan ana necə ƏLƏ KEÇDİ? – RƏSMİ + YENİLƏNİB

Baxış sayı: 974 dəfə baxılıb.

Abşeronda yeni doğulan körpəsini asfaltın üstünə atan ana necə ƏLƏ KEÇDİ? –
RƏSMİ + YENİLƏNİB

Prokruroluq əməkdaşları küçəyə atılan körpənin valideynlərini barkodlar
əsasında tapıblar.

Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, yeni doğulan körpənin asfaltın üstünə atılması ilə bağlı
yanvarın 30-da Cinayət Məcəlləsinin 121-ci (ananın yeni doğduğu uşağı qəsdən
öldürməsi) maddəsilə Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb.

Keçirilmiş istintaq tədbirləri ilə üzərindəki barkodlar əsasında həmin
torbaların Abşeron rayon sakini Rasim Qasımova məxsus olması, ekspertizalar
nəticəsində isə mərhumun valideynlərinin Rasim Qasımov və Cəmilə Qasımova (ad
və soyadlar şərtidir) olması müəyyən edilib.

Cəmilə Qasımova yanvarın 31-də şübhəli şəxs qismində tanınıb, ailə vəziyyəti
və 4 azyaşlı uşağının olması nəzərə alınmaqla cəmiyyətdən tam təcrid
edilməyərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri
seçilib.

İbtidai istintaq davam etdirilir.

16:36

Yanvarın 18-nə keçən gecə Abşeron rayonu Masazır qəsəbəsində küçəyə atılan
yenidoğulmuş körpənin anası tutulub.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış
tədbirləri nəticəsində yenidoğulmuş körpəni küçəyə atan şəxs – 1999-cu il
təvəllüdlü Tünzalə Əkbərova saxlanılaraq istintaqa təhvil verilib.

Source link