b783e6ec-de61-42f8-9fec-fe221670701e..jpg

Abşerondakı qəzada xəsarət alan sürücünün vəziyyəti açıqlandı – YENİLƏNİB + FOTO

Baxış sayı: 761 dəfə baxılıb.

Abşerondakı qəzada xəsarət alan sürücünün vəziyyəti açıqlandı – YENİLƏNİB +
FOTO

Bu gün yol-nəqliyyat hadisəsində xəsarət alan, 1976-cı il təvəllüdlü Vurğun
Qədir oğlu Həsənov ağır vəziyyətdə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə
yerləşdirilib.

Bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzdən APA-ya bildirilib.

Qeyd olunub ki, lazımı müayinələrdən keçirildikdən sonra xəstədə qabırğanın
sınığı aşkarlanıb.

Hazırda V.Həsənovun Reanimasiya şöbəsində müayinə və müalicələri davam
etdirilir, vəziyyəti stabil olaraq qalır.

11 sentyabr, 23:44

Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Novxanı-Mehdiabad yolunda qeydə alınıb.

Hadisə “Chevrolet Aveo” markalı 99-MT-093 dövlət qeydiyyat nişanlı minik
avtomobili ilə “Hyundai” markalı 90-SZ-646 dövlət qeydiyyat nişanlı yük
avtomobilinin iştirakı ilə olub.

Qəzada idarəetməni itirən yük avtomobilinin sürücüsü minik vasitəsini aşırıb.
“Chevrolet” markalı avtomobil isə yoldan kənara çıxıb.

Hadisədə minik avtomobilinin sürücüsü xəsarət alıb, avtomobil yararsız
vəziyyətə düşüb. Yaralı təcili tibbi yardım avtomobili ilə 1 saylı Kliniki
Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Source link