Abunəçilərə bir addım daha yaxın

Abunəçilərə bir addım daha yaxın

Baxış sayı: 2. 201 dəfə baxılıb.

“ENGİNET” şirkəti “BİRLink” brendi ilə abunəçilərinə bir addım daha yaxınlaşıb: provayder müştəriləri üçün şəxsi kabineti təkmilləşdirib.

Şirkətin mətbuat xidmətindən verilən məlumata əsasən, şəxsi kabinetin əsas məqsədi rahatlıq və vaxta qənaət etməklə müştərinin öz hesabı və mövcud balansı barədə məlumatlandırılmasıdır. 

Beləliklə, “BİRLink”  şəbəkəsinin abunəçisi www.birlink.az saytında öz hesabından şəxsi  kabinetinə daxil olaraq ödəniş əməliyyatları haqqında ətraflı məlumat almaq, cari tarifini müəyyən etmək, hesabındakı balans haqqında məlumat əldə etmək kimi üstünlüklərə malik olacaq.

Tezliklə “BİRLink”  istifadəçiləri həm də bonus hesabı haqqında ayrıca məlumat əldə edəcəklər.

Zamanla ayaqlaşmaq və internet vasitəsiylə IP ünvan, Təhlükəsiz İnternet, Video nəzarət kimi əlavə xidmətlər əldə etməklə yanaşı, “BİRLink”  istifadəçilərinin hər biri bir sıra üstünlüklərə malikdirlər: altı və ya on iki aylıq abunə haqlarının birdəfəlik ödənişi zamanı bonus sistemi şəklində aylıq xidmətlərdən hədiyyə olaraq istifadə edə biləcəklər.

Şirkət bütün abunəçilərinə öz partnyorlarının təqdim etdiyi endirimləri təklif edir: kafelər, restoranlar, əyləncə mərkəzləri, gözəllik salonları, təhsil mərkəzləri və digərləri.

“BİRLink” şəbəkəsinin abunəçiləri üçün vacib və əhəmiyyətli məqamlardan biri 24/7 fəaliyyət göstərən *1199 qaynar xəttinin mövcudluğudur. 2018-ci ildə daha operativ fəaliyyətin təmin edilməsi üçün əlavə qaynar xətt xidmət kanalları istifadəyə verilib.

Beləliklə, saytda operatorların ən qısa müddətdə abunəçilərlə əlaqə saxladığı geri zəngetmə xidmətinin sifarişi kimi unikal bir xidmət təqdim edilib.

Hazırda abunəçilərin uzun müddətdir gözlədikləri daha bir faydalı layihə hazırlanır və tezliklə müştərilərin istifadəsinə veriləcək.

Xatırladaq ki, “ENGİNET” şirkəti “BİRLink”  ticarət nişanı vasitəsilə Azərbaycanda FTTH texnologiyasına (evə qədər optika) əsaslanan üçü birində rabitə xidmətlərini təmin edən ilk şirkətdir.

Optik bağlantının köməyilə istifadəçilər çoxsaylı xidmətlərə çıxış əldə edirlər: İnteraktiv rəqəmsal TV, IP ünvan, Təhlükəsiz İnternet, Video müşahidə və s.

Ətraflı məlumat üçün:  *1199 | www.birlink.az

www.ÇıxışYolu.Com