“Abzas media” işi çərçivəsində saxlanılan Elnarə Qasımova barəsində qərar
qəbul edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Məhkəmə “Abzas media” işi çərçivəsində saxlanılan Elnarə Qasımova haqqında
qərar qəbul edib.
“Report”un məlumatına görə, Xətai rayon məhkəməsinin hakimi Bəxtiyar
Məmmədovun sədrliyi ilə keçirilən prosesdə E.Qasımova barəsində 2 ay 17 günlük
həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, E.Qasımovaya qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci
(qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə)
maddəsi ilə ittiham irəli sürülüb.