“Abzas Media” işi üzrə daha bir nəfər saxlanılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Jurnalist Elnarə Qasımova saxlanılıb.
APA xəbər verir ki, bu barədə onun vəkili Bəhruz Bayramov məlumat verib.
O deyib ki, Elnarə Qasımova “Abzas Media” işi ilə bağlı cinayət məsuliyyətinə
cəlb edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir
olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilir.
Qeyd edək ki, “Abzas Media” işi üzrə bundan əvvəl saytın direktoru Ülvi
Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda direktor müavini
Məhəmməd Kekalov və jurnalist Nərgiz Absalamova qaçaqmalçılıq ittihamı ilə həbs
ediliblər.