f7b476f1-5baa-482b-bf6b-bcc7fd7c552b..jpg

“Abzas media”nın direktor müavini Məhəmməd Kekalovun həbs müddəti uzadıldı

Baxış sayı: 936 dəfə baxılıb.

“Abzas media”nın direktor müavini Məhəmməd Kekalovun həbs müddəti uzadıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Abzas media”nın direktor müavini Məhəmməd Kekalovun barəsində həbs müddətinin
uzadılması ilə bağlı təqdimata baxılıb.

APA xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən prosesdə qərar verilib.

Qərara əsasən, Məhəmməd Kekalovun barəsində həbs qətimkan müddəti daha üç ay
uzadılıb.

Qeyd edək ki, ötən ilin noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli
və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd
Kekalov, dekabrın 1-də isə saytının əməkdaşı Nərgiz Absalamova, dekabrın 13-də
jurnalist Hafiz Babalı və yanvarın 13-də saytın əməkdaşı Elnarə Qasımova
barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.

Onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq)
maddəsi ilə ittiham irəli sürülüb və barələrində həbs qətimkan qərarı verilib.

Source link