İstanbul şəhərində yaşayan 42 yaşlı Melike Okutucu kirayə yaşadığı evdə ölü tapılıb.
Ev sahibi onun 3 aylıq kirayə pulunu verməməsi və telefon zənglərinə cavab verməməsindən şübhələnib. Bu barədə qonşusuna məlumat verərək ondan evi yoxlamasını istəyib.
Qonşu isə onun evindən pis qoxu gəldiyini bildirib. Polisin müşayiəti ilə çilingər tərəfindən qapını sındırıb evə daxil olarkən M.Okutucunun öldüyünü və evində saxladığı 3 pişik və 1 it tərəfindən cəsədinin parçalandığını görüblər. Qadının meyiti parçalandığı üçün polis ölümün səbəbini müəyyənləşdirə bilməyib. M.Okutucunun qohumları isə son vaxtlar onun psixoloji problemləri olduğunu, bu səbəbdən də Melikenin intihar etdiyini ehtimal edirlər. Qadın öldüyündən evdə qapalı vəziyyətdə qalan itlər və pişiklər ac olduqları üçün onun cəsədi ilə qidalanıblar.