“Acer” son hadisələrə görə Rusiyadakı fəaliyyətini dayandırdı
Tayvanın elektronika istehsalı şirkəti “Acer” Ukrayna ətrafında “son
hadisələrə görə” Rusiyadakı fəaliyyətini dayandırdığını elan edib.
Bu barədə istehsalçının mətbuat xidməti məlumat yayıb.
“Acer” Ukraynadakı vəziyyəti yaxından izləyir. Son hadisələrlə əlaqədar
olaraq “Acer” Rusiyadakı fəaliyyətini dayandırmaq qərarına gəlib”, – deyə
məlumatda bildirilir.
Şirkət sülhün mümkün qədər tez bərpa olunacağına ümid edir.
Mənbə: Vestnik Kavkaza