725c7639-dc88-4e46-82c4-ecbb7b681e75..jpg

ACES-in baş katibi: “Bakıda möhtəşəm qonaqpərvərlik gördüm”

Baxış sayı: 522 dəfə baxılıb.

ACES-in baş katibi: “Bakıda möhtəşəm qonaqpərvərlik gördüm”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Şəhərinizdə möhtəşəm qonaqpərvərlik gördüm”.

“Report” xəbər verir ki, bunu Avropa İdman Paytaxtları və Şəhərləri
Federasiyasının (ACES Europe) baş katibi Hüqo Alonso Bakı şəhərinin dünyanın
idman paytaxtına namizədliyi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Qurum rəsmisi Bakının dünya paytaxtları arasında xüsusi nüfuzunun olduğunu və
tanındığını bildirib: “Burada olduğumuz üçün şadıq. Mən və komandamızın digər
üzvləri adından deyə bilərəm ki, paytaxtınız idman şəhəri kimi tanınır və irəli
sürülən namizədliyin qəbul olunması üçün hər cür şərait mövcuddur. Məqsədimiz
dünya paytaxtlarına idman dəyərlərini qatmaqdır”.

Source link