99111b4f-ea7b-4175-aac5-0bb14a374a30..jpg

AÇG və “Şahdəniz” yataqlarından 393 milyard kubmetr qaz hasil edilib

Baxış sayı: 1. 177 dəfə baxılıb.

AÇG və “Şahdəniz” yataqlarından 393 milyard kubmetr qaz hasil edilib

Azərbaycanda 8 milyard kubmetr təbii qaz hasil edilib.

APA 2023-cü ilin yanvar-fevral ayları üzrə operativ məlumatlara istinadən
xəbər verir ki, qazın 2,2 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 4,4
milyard kubmetri “Şahdəniz”dən, 1,4 milyard kubmetri SOCAR üzrə hasil olunub.
2022-ci ilin müvafiq dövrünə nisbətən 4 faiz, yəni 319 milyon kubmetr artımla
qaz hasil edilib.

Hesabat dövründə xaricə qaz satışı 4,3 milyard kubmetr təşkil edib ki, bu da
ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz çoxdur. Cari ilin yanvar-fevral
aylarında Avropaya 1,9 milyard kubmetr, Türkiyəyə 1,7 milyard kubmetr,
Gürcüstana isə 0,7 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə
0,9 milyard kubmetr qaz nəql olunub.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 mart
2023-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 206 milyard kubmetr,
“Şahdəniz”dən isə 187 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz”
yatağından hasil edilən qazın 131 milyard kubmetrdən çoxu ixraca nəql edilib.

2023-cü ilin yanvar-fevral aylarında ölkədə 5,1 milyon ton neft (kondensatla
birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 3,1 milyon tonu
“Azəri-Çıraq-Günəşli”nin, 0,7 milyon tonu (kondensat) “Şahdəniz”in payına
düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,3 milyon ton təşkil
edib.

Hesabat dövründə 4,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql
olunub. Bunun 3,8 milyon tonu konsorsiumun, 305 min tonu isə SOCAR-ın payına
düşür.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 mart
2023-cü il tarixinədək 611 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil
edilib. “Azəri-Çıraq-Günəşli”dən 570 milyon ton neft, “Şahdəniz”dən isə 41
milyon ton kondensat çıxarılıb. Bundan 01 mart 2023-cü il tarixinədək 609
milyon tondan çoxu ixraca nəql edilib.

2023-cü ilin yanvar-fevral aylarında ölkədə neftin emalı 1,1 milyon ton təşkil
edib. Neftin emalı ötən ilin müvafiq dövrünə nisbətən 51 min ton çox olub.

Source link