b1645674-e13b-41ad-aaa1-ad219fef5d83..jpg

Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı – FOTO

Baxış sayı: 874 dəfə baxılıb.

Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur türkiyəli iş adamı, teleaparıcı və “Hall Siti” klubunun sahibi Acun
İlıcalı Sloveniya Liqası komandalarından olan “NK Maribor”u alıb.

Məlumata görə, imzalanma və digər prosedurlardan sonra bununla bağlı rəsmi
açıqlama veriləcək.

Qeyd edək ki, bir müddət əvvəl İlıcalı bu məsələ ilə bağlı açıqlama verib.

“Əsasən avrokuboklarda iştirak edə biləcək bir komandaya sahib olmaq
istəyirik. Təbii ki, bu asan deyil, amma Sloveniyada güclü komandamız olarsa,
Avropada mübarizə apara bilərik. Bu böyük bir üstünlük olacaq. Diqqətimizi
Sloveniyaya yönəltmişik, lakin heç nəyə zəmanət verə bilmərəm”, – deyə o
bildirib.

Xatırladaq ki, “Maribor” UEFA Avropa Konfrans Liqasının 3-cü təsnifat
mərhələsində “Fənərbağça” ilə qarşılaşıb və səfərdəki ilk matçda 3:1, evdəki
ikinci matçda isə 3:0 hesabı ilə məğlub olaraq mübarizədən kənarlaşıb.

Mənbə: Sondakika.com

Source link