bd10e332-05b8-4f21-8a21-06b377ce03c6.jpg

Acun Ilıcalı Joze Mourinyonun “Fənərbağça” ilə bağlı açıqlamasından sonra baş məşqçiyə qəzəblənib

Baxış sayı: 124 dəfə baxılıb.

“Fənərbağça” klubunun vitse-prezidenti Acun Ilıcalı Joze Mourinyonun –
“Gerçəkləri bilsəydim bura gəlməzdim”, – söyləməsinə qəzəblənib.

Cixisyolu.com Sporx.com-a istinadla xəbər verir ki, Acun Ilıcalı ən qısa zamanda
təcrübəli çalışdırıcı ilə danışacağını və məsələni aydınlaşdıracağını bildirib.

“Ən qısa zamanda məsələyə aydınlıq gətirməyə çalışacağam. Joze Mourinyonun bu
dedikləri qəbuledilməzdir. Məsələ tamamən fərqli bir vəziyyət almağa başlayıb.
Mourinyoya vəziyyətin pis olduğunu demişdik. Amma onu kluba dəvət etdiyimiz
zaman Türkiyə Superliqasında vəziyyət bu qədər pis deyildi”, – deyə A.Ilıcalı
bildirib.

Qeyd edək ki, “Fənərbağça” ötən gecə “Trabzonspor”la görüşdə 3:2 hesablı
qələbəyə sevinib.

Source link