117c0a31-c0a3-42fe-a7ea-f1713996c588..jpg

Acun İlıcalı: “Sanki öz vətənimdəyəm” – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 581 dəfə baxılıb.

Acun İlıcalı: “Sanki öz vətənimdəyəm” – YENİLƏNİB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sanki öz vətənimdəyəm”.

Cixisyolu.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında türkiyəli iş
adamı Acun İlıcalı deyib.

O qeyd edib ki, Türkiyə və Azərbaycan iki dövlət bir millət olduğunu dəfələrlə
nümayiş etdirib:

“Azərbaycanlı qardaşlarımızın diqqətini hər zaman hiss edirəm. Aramızdakı
bağlılığı bilirəm və sanki öz vətənimdəyəm. Tarix boyu çətin günlər yaşadıq.
Lakin iki dövlət bir millət olmağı bacardıq, ağır sınaqlardan keçdik”.

Bakıya ikinci dəfədir gəldiyini söyləyən A.İlıcalı bundan sonra ölkəmizi
tez-tez ziyarət edəcəyini qeyd edib:

“Hesab edirəm ki, buranı daha çox ziyarət etməliyəm. Mənə olan sevginin
qarşılığını verməliyəm. Çünki mən də azərbaycanlı qanı daşıyıram. Atamın anası
azərbaycanlıdır. Azərbaycana bağlılığım da buradan qaynaqlanır. Uşaq
yaşlarından Azərbaycanı sevirəm”.

19:11

Bu gün türkiyəli iş adamı Acun İlıcalı Bakıya səfər edib.

Cixisyolu.com xəbər verir ki, türkiyəli iş adamı səfər zamanı ilk olaraq Fəxri
xiyabanda ümummilli lider Heydər Əliyev və akademik Zərifə Əliyevanın
məzarlarını ziyarət edib.

Qeyd edək ki, iş adamının bu gün İnnovativ inkişaf və fürsətlər seminarı baş
tutacaq.

Nəzrin Vahid

Source link