7d3596ac-737c-40b4-934e-8c187a9dd8eb..jpg

Acun İlıcalıdan 891 il həbs cəzası alan Adnan Oktar barədə etiraf – FOTO

Baxış sayı: 645 dəfə baxılıb.

Acun İlıcalıdan 891 il həbs cəzası alan Adnan Oktar barədə etiraf – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Adnan Oktarla əlaqəsi olduğu iddia edilən məşhur türkiyəli iş adamı və
teleaparıcı Acun İlıcalı qatıldığı verilişdə bununla bağlı açıqlamalar verib.

Belə ki, Adnan Oktar İlıcalının onun tələbəsi olduğunu iddia edib.

“Acun İlıcalı da mənim tələbəm olub. Onun qardaşı da. Qardaşı həkimdir.
Qardaşı uzun müddət mənim yanımda qaldı. Daha əvvəlkilərdəndir. Acun da 10-15
illik tələbəmdir. O, yaman çoxbilmiş uşaq idi. Valideynləri o kiçik yaşda
olanda avtomobil qəzasında ölüblər. Balaca şirin bir qızı var idi, onu çox
sevirdik”, – deyən Oktarın bu sözləri yenidən gündəm olub.

Məşhur teleaparıcı bu barədə yayılan xəbərlərə aydınlıq gətirib.

“Həmin il 19 yaşım var idi, valideynlərim dünyalarını yeni dəyişmişdilər.
Mənəvi baxımdan özümə yaxın hiss etdiyim dostlarımla birlikdə müəyyən müddət
onunla görüşmüşəm. Sonra içində olduğum mühiti bəyənmədim və tərk etdim. Neçə
il əvvəl idi, bilirsinizmi? 35… Yəni 35 il əvvəl Adnan hocanı 1-2 il ərzində
görmüşəm. Şəklin olduğu yer də Anıtqəbirdir. 35 ildir onu görmürəm və heç
maraqlanmamışam da. Adnan hoca tərəfdarları onsuz da özlərini gizlədən insanlar
deyillər. Adnan hocanın tərəfdarı olduqlarını bəyan edərək gəzirlər. Mən 35 il
əvvəl görmüşəm bu adamı. Ondan sonra bir dəfə də olsun, nə görmüşəm, nə də
yan-yana gəlmişik”, – deyə Acun İlıcalı bildirib.

Qeyd edək ki, “Adnan Oktar Camaatı” kimi tanınan təşkilat 2018-ci ildə həyata
keçirilən əməliyyatdan sonra Türkiyənin gündəmini zəbt edib. Təşkilata
rəhbərlik edən Adnan Oktar “təşkilatı idarə etmə”, “seksual zorakılıq”, “təhsil
hüququnun qarşısının alınması”, “işgəncə”, “insanı azadlığından məhrum etmək”,
“şəxsi məlumatların qeydə alınması” kimi cinayətlər üzrə ümumilikdə 891 il həbs
cəzası alıb. Həmçinin Adnan Oktar işi ilə bağlı Hakimlər və Prokurorlar
Şurasının İkinci palatası tərəfindən yaxın günlərdə Oktarla əlaqədə olduğu
müəyyənləşdirilən beş məhkəmə üzvünün mühakimə olunmasına icazə verilib.

Mənbə: Haber Global

Source link