8d032602-930c-4155-bd32-4fc859c215f9..jpg

Ad günündə əmisini bıçaqlayan şəxs Psixiatriya Xəstəxanasına yerləşdirildi

Baxış sayı: 673 dəfə baxılıb.

Ad günündə əmisini bıçaqlayan şəxs Psixiatriya Xəstəxanasına yerləşdirildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəran Ağır Cinayətlər Məhkəməsində əmisini bıçaqlamaqda təqsirləndirilən
Fərid Musayevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə
hökm oxunub.

Məhkəmənin hökmü ilə o, təqsirləndirilən şəxs ictimai təhlükəli əməli
törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən azad
edilib. Fərid Musayev barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq
olunmaqla ona ümumi tipli psixiatriya stasionarında məcburi müalicə təyin
edilib. Qərarın icrası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasına
tapşırılıb.

İttihama görə, hadisə 15 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində
yaşadığı Saatlı rayonunun Azadkənd kəndində qeydə alınıb.

Belə ki, Fərid Musayev doğum gününü qeyd edən əmisi, zərərçəkmiş Dadaş
Musayevlə onların evində yeyib-içib. Bu zaman onların arasında mübahisə düşüb.
Mübahisəyə səbəb isə zərərçəkmişin ondan qonşuluqda olan yas mərasiminə
getməsini istəməməsi olub. Nəticədə o, cib bıçağı ilə əmisinin döş qəfəsindən
bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxsin atası bildirib ki, oğlu Fərid
İkinci Qarabağ müharibəsi iştirakçısıdır:

“Müharibədə iştirak etdikdən sonra Fəridin səhhətində problemlər yaranıb,
psixi xəstəliyi ilə bağlı özünü idarə edə bilməyib. Son vaxtlar isə Respublika
Psixiatriya Xəstəxanasında müalicə alsa da, yenə də tam olaraq sağalmayıb.
Həmçinin Fərid evli olub, sonradan xəstəliyi ilə bağlı ailəsindən rəsmi olaraq
boşanıb. Saatlı rayonunun Azadkənd kəndində olan evi yandıqdan sonra Fərid
əmisi Dadaşın evində yaşayıb”.

Source link