ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir
fürsətdir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bakıda keçiriləcək COP29 zamanı Asiya İnkişaf Bankı (ADB) ilə Azərbaycan
arasında səmərəli əməkdaşlıq üçün çoxsaylı imkanlar olacaq”.
“Report”un məlumatına görə, bunu ADB-in 11 ölkə, o cümlədən Azərbaycan üzrə
icraçı direktoru Reyçel Tompson bildirib.
“Bu, uzun illər ərzində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının
Tərəflər Konfransı inkişaf etməkdə olan ADB-nin üzv ölkəsinə qayıdır. Hesab
edirəm ki, bu, çox vacib görüşdür. Azərbaycan hökuməti iqlimin
maliyyələşdirilməsini həqiqətən mühüm prioritet kimi aydın şəkildə müəyyən
edib”, – o qeyd edib.
ADB həmçinin iqlim dəyişikliyi və bununla bağlı iqlim maliyyələşdirməsinə çox
sadiqdir:
“Düşünürəm ki, səmərəli əməkdaşlıq etmək üçün çox imkanlarımız olacaq və
şübhəsiz ki, biz ADB olaraq COP29-un uğurla həyata keçirilməsini təmin etmək
üçün Azərbaycan hökuməti ilə birgə işləməyi səbirsizliklə gözləyirik”.