Bəzi hallarda yuyulmalı paltarlarınızı əvvəlcədən hazırlasanız da, yadınızdan çıxmış və maşına yüklənməmiş çirkli paltarlarla tez-tez rastlaşırıq.
Əvvəllər bu halda bir seçimimiz var idi – yuma rejiminin bitməsini gözləmək. Lakin, “Add Wash” funksiyası sayəsində siz yuma başa çatmadan rejimin istənilən anında, sadəcə yuma prosesinini müvəqqəti olaraq dayandırıb, maşına paltar əlavə edə bilərsiniz. Xüsusi qapı konstruksiyasının köməyi ilə, paltarlarınızı əlavə edərək bir dəfəyə çirkli paltarlardan azad ola bilərsiniz.
“Samsung Add Wash”-ın əlavə üstünlüyü odur ki, maşın bir dəfəyə böyük həcmdə paltar yumağa imkan yaradır. Belə ki, modelindən asılı olaraq tam qabaritli paltaryuyan maşını olan “Add Wash”-ın tutum həcmi 7-9-12 kq qədər dəyişə bilir. Hətta böyük həcmdə paltar yuduqda belə “Eco Bubble” texnologiyası sayəsində paltarlarınızın keyfiyyətli və təmiz yuyulacağına əmin ola bilərsiniz. Bu texnologiya yuyucu maddəni aktiv köpüyə çevirir, öz növbəsində bu köpük isə parça daxilinə sudan daha yaxşı hoparaq, təmizliyi təmin edir.
“Samsung” paltaryuyan maşınları tutumlu həcmi və bir çox yuma rejimi ilə hər xanımın əsil köməkçisinə çevriləcək. “Add Wash” funksiyası sayəsində paltar əlavə etmək bacarığı isə hər zaman köməyinizə çataraq, vaxtınıza qənaət edəcək. İndi boş vaxtınızı paltar yumağa yox, özünüzə sərf edin!
“Samsung Add Wash” paltaryuyan maşınları haqqında əlavə məlumatı “Baku Electronics”, “Kontakt”, “Maxi.az” və “Optimal” mağazalar şəbəkəsindən əldə etmək olar.