c3fa47e1-a18d-4d21-a939-aff3a435a504..jpg

Adeldə bədən titrəmələri başlayıb

Baxış sayı: 648 dəfə baxılıb.

Adeldə bədən titrəmələri başlayıb

Britaniyalı müğənni Adel qəhvə içməyi dayandırdıqdan sonra səhhətində
problemlər yaranıb.

Bu barədə ifaçının özü Las-Veqasda (ABŞ) konsertinin tamaşaçılarına danışıb.

35 yaşlı müğənni bildirib ki, kofeinin kəsilməsi onun miqren və bədən
titrəməsi kimi şiddətli abstinensiya simptomlarına səbəb olub.

“Bu həftə qəhvədən imtina etmək qərarına gəldim və bütün həftə miqrenim oldu.
Qəhvədən imtina etdiyim üçün iki gün başım şiddətli şəkildə ağrıdı – elə bil
başımda dəlik açırdılar. Dəhşətli idi”, – deyə ulduz etiraf edib.

Adel kofeindən imtinanı siqareti tərgitməklə müqayisə edib.

“Siqaretdən imtina etməkdən, spirtli içki içməyi dayandırmaq cəhdindən daha
çətindir”, – deyə o bildirib.

Müğənni əlavə edib ki, ilk gün beynini aldatmağa çalışıb və təxminən 25 stəkan
kofeinsiz qəhvə içib. Ulduzun sözlərinə görə, o, yalnız səhnəyə çıxandan sonra
özünü yaxşı hiss edib.

“Kofein və adrenalin yəqin eyni şeydir. Çünki mən səhnəyə çıxanda və hamınız
birlikdə mahnı oxumağa başlayanda başağrısı bir az keçdi. Ona görə də
titrədiyimi görsəniz, narahat olmayın”, – deyə Adel bildirib.

Mənbə: gazeta.ru

Source link