d322595b-820d-4e9c-8201-5faa5f95d7fb..jpg

Adı “Barselona” ilə hallanan məşhur müdafiəçi “Bayern”dən getmək siqnalı verdi

Baxış sayı: 905 dəfə baxılıb.

Adı “Barselona” ilə hallanan məşhur müdafiəçi “Bayern”dən getmək siqnalı verdi

“Bayern”in və Fransa millisinin müdafiəçisi Benjamin Pavar “Barselona” ilə
mümkün transfer barədə danışıb.

Bir müddət əvvəl futbolçu Almaniya klubu ilə müqaviləsini yeniləmək fikrində
olmadığını, 2023-cü ilin yayında başqa komandaya keçmək istədiyini demişdi.
Müdafiəçinin “Bayern” ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə
tutulub. Almaniya klubunun rəhbərliyi təklif olarsa, Pavarı bu yay buraxmağa
hazır olduğunu bildirib.

Bildirilir ki, o, hazırda bazarı öyrənir. “Barselona” da Pavarı dəvət
variantını düşünür.

Xatırladaq ki, Pavar 2019-cu ildən “Bayern”də çıxış edir. 26 yaşlı fransalı
futbolçu bu mövsüm “Bayern”in heyətində 21 matçda 4 qol vurub. 2022-ci il dünya
çempionatında o, Fransa – Avstraliya matçında (4:1) 89 dəqiqə oynayıb, qalan
bütün oyunları ehtiyatda keçirib.

Mənbə: Sports.ru

Source link