Adı “Bluetooth”a verilən kralın xəzinəsi tapılıb - FOTO

Adı “Bluetooth”a verilən kralın xəzinəsi tapılıb – FOTO

Baxış sayı: 3. 109 dəfə baxılıb.

Almaniyanın ən böyük adası olan Rügendə Danimarka kralı, “Mavi diş” ləqəni ilə tanınan Harald Qormssona məxsus xəzinə tapılıb.

ÇıxışYolu.Com xəbər verir ki, Baltik dənizindəki adadan tapılan xəzinədə vikinq bilərzikləri, yaxa sancaqları, boyunbağılar, üzüklər, Thor çəkici və 500-600 ədəd sikkə pul var.

Kral Harald Danimarkanın ənənəvi dinini tərk edərək ölkəyə xristianlığı gətirməsi ilə tanınıb. 910-987-ci illərdə yaşayan kral Harald dişlərinin rənginə görə “Bluetooth” (“Mavi diş”) ləqəbini alıb.

Xəzinə həvəskar arxeoloq Rene Şoen və 13 yaşlı tələbəsi Luka Malaşiçenko tərəfindən aşkarlanıb. Onlar metal dedektoru ilə axtarış apararkən xəzinənin yerini təsbit ediblər. Onlar tapdıqları ilk metak pulun dəyərsiz alüminium parçası olduğunu fikirləşiblər. Lakin sonradan bəlli olub ki, tapdıqları gümüşdür.

Xəzinə tam olaraq keçən həftə aşkarlanıb. Oradakı ən qədim sikkə eramızın 714-cü ilində Şamda kəsilib, ən yenisi isə 983-cü ilə aid bir penidir.

www.ÇıxışYolu.Com