6740c34b-bf30-434e-9ac9-18433c388145..jpg

Adil Kərimli: “Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyətə başlayacaq”

Baxış sayı: 632 dəfə baxılıb.

Adil Kərimli: “Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyətə başlayacaq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Türkiyənin paytaxtı Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyətə
başlayacaq”.

Bu barədə “Report”un Ankara bürosuna Türkiyədə səfərdə olan Azərbaycanın
mədəniyyət naziri Adil Kərimli deyib.

“Ankarada Azərbaycan Mədəniyyət Mərkəzinin iş prinsipləri və gələcək
fəaliyyəti ilə bağlı ciddi müzakirələr apardıq”, – o bildirib.

Nazir deyib ki, səfəri çərçivəsində mərkəzin fəaliyyəti ilə bağlı Türkiyədəki
müvafiq qurumların rəsmiləri ilə, o cümlədən Azərbaycanın Türkiyədəki səfiri
Rəşad Məmmədovla geniş müzakirələr aparılıb:

“Düşünürük ki, Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətinə böyük
ehtiyac var. Prezidentİlham Əliyevin bu barədə oktyabr ayında verdiyi sərəncama
əsasən artıq bu istiqamətdə fəaliyyətlərə başlanılıb. Azərbaycan
mədəniyyətinin, tarixinin və dilinin təbliği işini genişləndirmək üçün
Mədəniyyət Mərkəzinin əvəzsiz xidmətlərinin olacağına inanırıq”.

Nazir onu da qeyd edib ki, Mədəniyyət Mərkəzinin yaxın gələcəkdə fəaliyyətə
başlayacağı gözlənilir.

Source link