a182390e-40ec-420a-bcc3-510e9dec1a55..jpg

Adil Kərimli direktoru nöqsanlara görə işdən çıxarıb – RƏSMİ + YENİLƏNİB

Baxış sayı: 909 dəfə baxılıb.

Adil Kərimli direktoru nöqsanlara görə işdən çıxarıb – RƏSMİ + YENİLƏNİB

Mədəniyyət Nazirliyi Mədəniyyət Elmi-Texniki və İxtisasartırma Mərkəzinin
direktoru Səadət Xələfbəylinin işdən çıxarılmasına münasibət bildirib.

Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Nuridə
Allahyarova Cixisyolu.com-ın sorğusuna cavab olaraq bildirib ki, Səadət Xələfbəylinin
əmək fəaliyyəti zamanı aşkar olunan qanun pozuntuları ilə əlaqədar olaraq əmək
müqaviləsinə xitam verilib.

14:13

Mədəniyyət Nazirliyində üç nəfər işdən çıxarılıb.

Cixisyolu.com-ın məlumatına görə, bununla bağlı mədəniyyət naziri vəzifəsini
müvəqqəti icra edən, nazirin birinci müavini Adil Kərimli müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Mədəniyyət Elmi-Texniki və İxtisasartırma Mərkəzinin direktoru
Səadət Xələfbəyli vəzifəsindən azad edilib.

Eyni zamanda, digər əmrlə direktorun müavini və şöbə müdiri də işdən
çıxarılıblar.

İlhamə Əbülfət

Source link