5d9f5662-33f0-481a-b787-04a14276467f..jpg

Adil Kərimli: “Kitab ənənəsi Qarabağa möhtəşəm formatda qayıdacaq”

Baxış sayı: 490 dəfə baxılıb.

Adil Kərimli: “Kitab ənənəsi Qarabağa möhtəşəm formatda qayıdacaq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan xalqı elmə, ədəbiyyata, oxumağa meyillidir və bu sahələr üzrə
təşviqedici xalqlar içərisində yer alıb. Sevinirik ki, bu gün istər yeni
texnologiya, istərsə də rəqəmsal dünyanın inkişafına baxmayaraq, klassik
kitablar yenə də gündəmdədir. Bu da bizim üçün vacib şərtdir”.

“Report” xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Adil Kərimli
jurnalistlərə açıqlamasında deyib.

Nazir əminliklə ifadə edib ki, işğal dövründə azad edilən ərazilərdəki kitab
və kitabxanaya ciddi ziyan dəysə də, kitab ənənəsi Qarabağa möhtəşəm formatda
qayıdacaq:

“9-cu Bakı Beynəlxalq Kitab Sərgisində Qarabağ üçün kitabların toplanması və
fondun zənginləşdirilməsi istiqamətində aksiyalar da təşkil ediləcək”.

Source link