e2e737f0-9dea-40d2-aa45-b7c3709bb4aa..jpg

Adil Kərimli təmizliyə başladı – 30-dan çox vəzifəli şəxs işdən çıxarıldı

Baxış sayı: 879 dəfə baxılıb.

Adil Kərimli təmizliyə başladı – 30-dan çox vəzifəli şəxs işdən çıxarıldı

Dekabrın 22-də Prezident İlham Əliyevin sərəncamı ilə mədəniyyət nazirinin
birinci müavini təyin edilən və eyni zamanda nazir vəzifəsinin icrası ona
tapşırılan Adil Kərimli ciddi kadr islahatına başlayıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu vəzifəyə təyinatından az bir
müddət keçməsinə baxmayaraq, Adil Kərimlinin mədəniyyət sahəsinin inkişafına
yönələn islahatları kadr dəyişikliklərini də əhatə edib. Belə ki, keçmiş nazir
Anar Kərimovun dövründə necə gəldi vəzifəyə təyin olunan, şəxsi münasibətlər
zəminində irəli çəkilən, amma bacarığı və peşəkarlığı ilə nazirliyin
fəaliyyətinə uyğun gəlməyən şəxslər ortaya çıxarılır, barələrində ciddi ölçü
götürülür və müqavilələrinə xitam verilərək nazirlikdən uzaqlaşdırılırlar.

Bildirilib ki, son iki ayda Mədəniyyət Nazirliyinin sistemində, regional idarə
və şöbələrin fəaliyyətində ciddi nöqsan aşkarlanmış 30-dan çox rəhbər şəxs və
əməkdaş işdən çıxarılıb.

Əldə etdiyimiz yeni məlumata görə, bu gün mədəniyyət nazirinin birinci müavini
Adil Kərimlinin əmri ilə nazir müşaviri Fuad Məmmədov, nazirliyin teatr
sektorunun müdiri Könül Cəfərova, İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin
müdiri Fərəh Acalova da vəzifələrindən azad ediliblər.

Göründüyü kimi proses yeni başlasa da, sürətlə davam etməkdədir. Yaxın
günlərdə sözügedən vəzifələrə də yeni təyinatların olacağı gözlənilir.

Source link