9b24da1f-ab15-49dc-ad51-6f949077092f..jpg

Adil Karaismailoğlu: “Bakı-Tbilisi-Qars xətti Çin-Avropa yük daşımalarının səmərəliliyini artırır”

Baxış sayı: 2. 085 dəfə baxılıb.

Adil Karaismailoğlu: “Bakı-Tbilisi-Qars xətti Çin-Avropa yük daşımalarının
səmərəliliyini artırır”

Dekabrın 21-də İslamabaddan yola düşən İslamabad-Tehran-İstanbul yük qatarının
Ankaraya çatması ilə əlaqədar şəhərin köhnə vağzalında mərasim keçirilib.

Mərasimdə çıxış edən Nəqliyyat və İnfrastruktur Naziri Adil Karaismailoğlu
Türkiyənin 2021-ci ildə 225 milyard dollarlıq ixracatla rekord qırdığını və
Cümhuriyyət tarixində ilk dəfə olaraq dünya ticarət həcmindəki payını aşdığını
bildirib.

Asiya ilə Avropa arasında sürətlə inkişaf edən ticarət əlaqələrinin bölgədə
nəqliyyat infrastrukturlarının inkişafını zəruri etdiyinə diqqət çəkən
Karaismailoğlu son 19 ildə ölkənin nəqliyyat və kommunikasiya infrastrukturuna
1 trilyon 145 milyard lirədən çox sərmayə qoyduqlarını vurğulayıb.

“Dəmir yolunda səmərəliliyi və təhlükəsizliyi artırmaq üçün siqnal xətlərimizi
172 faiz, elektrikləşdirilmiş xətlərimizi isə 180 faiz artırdıq. İstifadəyə
verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti sayəsində Çin ilə Avropa arasında
dəmiryolunda yük daşımalarında Orta Dəhlizdən səmərəli istifadə etmək imkanı
yaranıb. İndi 12 min kilometrlik Çin-Türkiyə yolunu 12 gündə tamamlamaq
mümkündür. Çindən Avropaya gedən illik 5 min vaqonlu qatarların yüzdə 30-unu
Türkiyə üzərindən daşınması üçün işlərimizi tam sürətlə davam etdiririk. Orta
Dəhliz və Bakı-Tbilisi-Qars marşrutuyla ildə 1500 vaqon qatar daşımağı və Çinlə
Türkiyə arasındaki cəmi 12 günlük daşınma müddətini 10 günə endirməyi
hədəflədik. Bu xətləri daha səmərəli istifadə etmək və ixracatçılarımızı 250
milyard dollara çatdırmağa çalışacağıq”, -deyə nazir bəyan edib.

Mənbə: “Anadolu”

Source link