9e5d9c40-48fe-4327-b19c-0fbef5139313..jpg

ADMİU-nun yeni teatr binası harada tikiləcək?

Baxış sayı: 526 dəfə baxılıb.

ADMİU-nun yeni teatr binası harada tikiləcək?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə gün əvvəl Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universiteti üçün teatr binasının tikintisinin nəzərdə tutulması ilə
bağlı məlumat yayıb.

Artıq qurumun Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tikinti
işləri ilə bağlı hazırlıqlara başlayıb.

Bəs teatr binası harada tikiləcək?

Məsələ barədə Elm və Təhsil Nazirliyi ilə əlaqə saxladıq.

Qurumdan Cixisyolu.com-ın sorğusuna cavab olaraq bildirilib ki, teatr binası Bakı
şəhəri Yasamal rayonu, Akademik Lətif İmanov küçəsi, 6 ünvanında inşa olunacaq.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən isə Cixisyolu.com-a
bildirilib ki, təhsil ocağının nəzdində Səda Tədris Teatrı fəaliyyət göstərib:

“Artıq bir neçə ildir ki, teatrın binası qəzalı və istifadəyə yararsız
vəziyyətdə idi. Bir neçə gün öncə Elm və Təhsil Nazirliyi ADMİU-nun teatr
binasının tikilməsi ilə bağlı müsabiqə elan edib. Müsabiqənin nəticələrinə
uyğun olaraq, tikinti işlərinin Səda Tədris Teatrının yerində aparılması
nəzərdə tutulur”.

İlhamə Əbülfət

Source link