e1ac5f71-6d04-412b-afb7-8b2b1ee82bd5..jpg

Adrian Mutu: “Bu cür oyundan sonra üzülürəm”

Baxış sayı: 688 dəfə baxılıb.

Adrian Mutu: “Bu cür oyundan sonra üzülürəm”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu cür oyundan sonra üzülürəm. Çünki çempionat oyunlarına da eyni formada
məşqlərlə hazırlaşırıq. “Zenit” kimi güclü rəqiblərə qarşı yaxşı oynayırıq,
digər matçlarda fərqli davranış olur”.

“Report”un məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu
Rusiyanın “Zenit” klubuna 2:1 hesabı ilə qalib gəldikləri yoxlama görüşündən
sonra mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis komandasının “Neftçi Arena”da baş tutan qarşılaşmadakı
performansından razılıq bildirib: “Çətin oyun oldu, güclü rəqiblə qarşılaşdıq.
Futbolçuların meydançadakı davranışından razı qaldım. Ümid edirəm ki, bu yöndə
davam edəcəyik”.

O, çempionatda bu səviyyədə oyun ortaya qoya bilməmələrinin səbəbi barədə
sualı belə cavablandırıb: “Mənim bu suala cavabım yoxdur. Sadəcə, Reziuan
Mirzovun qollar vurması, formaya düşməsi isə məni sevindirir”.

Baş məşqçi gənc qapıçı Rza Cəfərovdan razılıq bildirib: “Ona ilk dəfə şans
verən mən olmuşam. “Sabah”la görüşdə Rzanı meydançaya buraxanda hamı məni
tənqid edirdi. İndi isə sual verirlər ki, Rza niyə oynamır? O, zədədən yeni
qayıdıb”.

Mətbuatı izlədiyini bildirən Adrian Mutu bəzi futbolçuların hələ tam
uyğunlaşmadığını da etiraf edib: “Neftçi” kimi böyük klubda çalışıram,
ətrafımdakı dostlar mətbuatı izləyib mənə tərcümə edirlər. Dili bilmədiyim üçün
yaxından izləyə bilmirəm. Amma gələcəkdə yaxından izləməyə çalışacağam. Yeni
gələnlərə uyğunlaşma prosesi elə də asan deyil. Bəzi çempionatlarda tələblər
başqa olur, məğlubiyyətdən sonra tənqid çox olmur. Amma burada elə deyil”.

Source link