ca81619e-b759-4f0b-8763-c78ec924c5d8..jpg

Adrian Mutudan şəhidlərimizə ehtiram – FOTO

Baxış sayı: 639 dəfə baxılıb.

Adrian Mutudan şəhidlərimizə ehtiram – FOTO

“Neftçi”nin baş məşqçisi Adrian Mutu 27 sentyabr – Anım Günü ilə bağlı
paylaşım edib.

Rumıniyalı mütəxəssis özünün rəsmi “Facebook” və “Instagram” hesablarında
üzərində Azərbaycan bayrağı və Xarıbülbül simvolunun əksi olan foto paylaşıb.

“Azərbaycan uğrunda döyüşən şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı
verirəm. Allah rəhmət eləsin!” – deyə A.Mutu yazıb.

Rumıniya futbolunun məşhur simalarından olan Adrian Mutunun “Facebook”da 514
min, “Instagram”da 234 min izləyicisi var.

Qeyd edək ki, 2020-ci ilin 27 sentyabrında Azərbaycan 44 günlük Vətən
müharibəsinə başlayıb. Müharibənin nəticəsində 30 ilə yaxın Ermənistan
işğalında olan torpaqlarımız azad edilib.

Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də Azərbaycan Respublikasında
Anım Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, hər
il sentyabrın 27-də Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.

Source link