“Advokat” futbol komandası Anar Bağırovla görüşdü

“Advokat” futbol komandası Anar Bağırovla görüşdü

Baxış sayı: 3. 018 dəfə baxılıb.

“Advokat” futbol komandası Anar Bağırovla görüşdü

Vəkillər Kollegiyasının rəhbərliyi Kollegiyanın “Advokat” futbol komandasının üzvlərini qəbul edib. 

Kollegiyadan ÇıxışYolu.Com-a verilən məlumata görə, görüş zamanı Vəkillər Kollegiyasının sədri Anar Bağırov komandanın qələbəsinin nümunəvi olması, bu kimi sosial tədbirlərin vəkilliyin nüfuzunun artırılmasındakı əhəmiyyəti, bundan sonra da Kollegiyanın komandanın fəaliyyətinə dəstək verəcəyini, habelə növbəti ildə Azərbaycan vəkilliyinin 100-cü ildönümü ilə bağlı beynəlxalq futbol turnirinin keçiriləcəyi barədə fikirlərini bildirib. 

Daha sonra “Advokat” futbol komandasının rəhbəri, vəkil Elçin Usub çıxış edərək, komandanın fəaliyyətinə hərtərəfli dəstəyinə görə Kollegiya rəhbərliyinə komanda üzvləri adından öz təşəkkürünü bildirib və qeyd edib ki, “Advokat” komandasının sıralarının genişləndirilməsi və yeni vəkillərin cəlb edilməsi istiqamətində işlər görülür. 

Sonda komandanın Litva səfərində qazandığı kubok Kollegiyanın muzeyinə təqdim olunub və xatirə fotosu çəkdirilib. 

Qeyd edək ki, “Advokat” komandasının tərkibi Vəkillər Kollegiyasının üzvlərindən ibarətdir. Futbol komandası bu yaxınlarda Vilnüs şəhərində Litva Vəkillər Kollegiyasının təşkil etdiyi, Şərqi Avropa və bir sıra MDB ölkələrinin vəkillər kollegiyalarının futbol komandalarının qatıldığı beynəlxalq turnirdə fəxri üçüncü yeri tutub.

www.ÇıxışYolu.Com