dac4251b-10f9-48d5-8fc3-01fadaa5f59e..jpg

Afət Fərmanqızı Flora Kərimovaya 10 min manat ödəyəcək: “Bu pul nədir ki?”

Baxış sayı: 752 dəfə baxılıb.

Afət Fərmanqızı Flora Kərimovaya 10 min manat ödəyəcək: “Bu pul nədir ki?”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məhkəmədə uduzan müğənni Afət Fərmanqızı Xalq artisti Flora Kərimovaya 10 min
manat ödəyəcək.

Cixisyolu.com xəbər verir ki, hazırda Rusiyada yaşayan müğənni sosial şəbəkədə canlı
yayım açaraq, məsələyə münasibət bildirib.

O, məhkəmənin çıxardığı qərarı yerinə yetirəcəyini deyib:

“Udanda nə olur ki?! Yeyib udmaq deyil ki, məhkəmədə udmaqdır. Mən buradan
Floraya minnətdarlığımı bildirirəm ki, gecə-gündüz məni reklam edir. Çox şadam
ki, Floranın hesabına saytlar gecə-gündüz məndən yazırlar. O boyda reklamın
qabağında 10 min manat nədir ki?!

Uduzanda nə olur ki? İki nəfərdən biri udar, biri də uduzar. Belə şeylərlə
başınızı yormayın.

Vəkilim Bakıdadır, həmin işlərlə o məşğul olur. Flora mənə nə edəcək? Flora
məni söyüb, mən də onu söymüşəm. İş məndən 3 000 kilometr uzaqda,
Azərbaycandadır. Mən isə Rusiyadayam. Söyüb, söymüşəm. Boynumdan atmıram ki”.

Qeyd edək ki, Flora Kərimova Afət Fərmanqızının onu təhqir etdiyini əsas
gətirərək onu məhkəməyə verib və 100 min manat təzminat istəyib. Xalq
artistinin vəkili Xavər İsmayılova deyib ki, hakim Aytən Novruzovanın sədrliyi
ilə iki ilə yaxın davam edən məhkəmə bu gün yekunlaşıb.

Flora Kərimova Afət Fərmanqızını xüsusi ittiham qaydasında da məhkəməyə verib.
Binəqədi Rayon Məhkəməsi Fərmanqızı barədə həbssiz axtarış qərarı çıxarıb.

Source link