17d03b11-8fc1-4624-a19e-9d603523d9d7..jpg

Afət Fərmanqızı məhkəmədə Flora Kərimovaya uduzdu – Təzminat ödəyəcək

Baxış sayı: 619 dəfə baxılıb.

Afət Fərmanqızı məhkəmədə Flora Kərimovaya uduzdu – Təzminat ödəyəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Afət Fərmanqızı Xalq artisti Flora Kərimovaya 10 min manat ödəyəcək.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu haqda Nərimanov Rayon Məhkəməsi
qərar çıxarıb.

Flora Kərimova Afət Fərmanqızının onu təhqir etdiyini əsas gətirərək qarşı
tərəfin üzr istəməsi və dəymiş mənəvi ziyana görə 100 min manat məbləğində
təzminat ödəməsini tələb edirdi.

Xalq artistinin vəkili Xavər İsmayılova deyib ki, hakim Aytən Novruzovanın
sədrliyi ilə iki ilə yaxın davam edən məhkəmə bu gün yekunlaşıb.

Ekspert rəyləri də Xalq artistinin iddiasının əsaslı olduğunu göstərib,
A.Fərmanqızının sosial şəbəkələrdə iddiaçıya münasibətdə dediklərinin şərəf və
ləyaqəti ləkələyən sözlər olduğu sübut edilib. Məhkəmə mülki iddianı qismən
təmin edib. Qərara əsasən, cavabdeh Afət Fərmanqızıdan 10 min manat tutularaq
iddiaçı Flora Kərimovaya ödənilməlidir.

Qeyd edək ki, Flora Kərimova Afət Fərmanqızını xüsusi ittiham qaydasında da
məhkəməyə verib. Binəqədi Rayon Məhkəməsi Fərmanqızı haqda həbssiz axtarış
qərarı çıxarıb.

Source link