c519dc22-bedc-4ab7-9c6b-b10552315c1b..jpg

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? – SORĞU + VİDEO

Baxış sayı: 822 dəfə baxılıb.

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? – SORĞU + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Afaq Bəşirqızının bu yaxınlarda iştirak etdiyi verilişlərdən
birində səsləndirdiyi fikirlər böyük müzakirələrə səbəb olub.

O, xanımlara səslənərək işi, savadı və evi olmayan oğlanla ailə həyatı
qurmamağı məsləhət görüb. Verilişdəki tamaşaçılar onun sözlərini alqışlarla
qarşılasalar da, Xalq artistinin bu fikirləri sonradan ciddi müzakirələrə səbəb
olub.

Mövzu ilə bağlı Baku TV xanımların rəyini öyrənməyə çalışıb.

Məlum olub ki, xanımların bir çoxu sevgi ilə yanaşı, onu maddi cəhətdən təmin
edə bilən biri ilə ailə qurmaq istəyir.

Məsələ ilə bağlı Afaq Bəşirqızı isə bildirib ki, fikirləri düzgün olsa da, bir
çoxları onun sözlərini yanlış yerə yozub:

“Mən verilişlərimizin birində qızlara müraciət edərək demişdim ki, siz hər
hansı bir oğlanla ailə quranda görün onun savadı, işi, evi, səni bundan sonra
bir ailə kimi saxlayacaq gücü varmı? Mən deməmişəm ki, evsiz oğlana getməyin.
Mən demişəm ki, oğlanın gərək savadı, təcrübəsi, işi, evi olsun. Bütün bunların
hamısı ailə qurmaq üçün əsas amillərdən biridir. Əlbəttə ki, sənətini, savadını
fikirləşməyən adam heç evini də fikirləşməz”.

Ətraflı süjetdə:


Source link