bd6455ad-8afd-4a37-a8ce-60ca6e670921..jpg

Afaq Əliyeva: “Son günlərdə peyvəndlənmə ilə əlaqədar qızılca xəstəliyinin azaldığı müşahidə edilir”

Baxış sayı: 619 dəfə baxılıb.

Afaq Əliyeva: “Son günlərdə peyvəndlənmə ilə əlaqədar qızılca xəstəliyinin
azaldığı müşahidə edilir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlərdə peyvəndlənmə tədbirləri ilə əlaqədar qızılca xəstəliyinin
azaldığı müşahidə edilir.

Bunu “Report”a açıqlamsında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin
direktor müavini Afaq Əliyeva deyib.

O bildirib ki, Azərbaycanda aprel ayının son günlərindən etibarən qızılca
xəstəliyi qeydə alınır.

“Bu xəstəlik noyabr-dekabr aylarında daha da artmağa başladı. Əsasən, peyvəndi
olmayan uşaq və yeniyetmələr bu xəstəliyə yoluxur. Məktəblərdə də yoluxma
halları müşahidə olunur. Təhsil müəssisələrində yoluxma halları aşkarlananda
əks-epidemik tədbirlər görülür. İlk növbədə, xəstə məktəbdən kənarlaşdırılır.
Bu xəstəliyin müəyyən olunduğu təhsil müəssisələrində dezinfeksiya tədbirləri
həyata keçirilir. Həmin xəstəliyin müəyyən olunduğu sinif distant təhsilə
keçir. Son günlərdə peyvəndlənmə tədbirləri ilə əlaqədar xəstəliyin azaldığını
müşahidə edirik. Peyvənddən kənarda qalmış uşaqların siyahısı müəyyən olunur və
onlar peyvəndə cəlb edilirlər. Valideynlər özləri də uşaqlarına peyvənd
vurdurmaq üçün müraciət edirlər. Valideynlər bilməlidir ki, hər hansı bir uşaq
peyvənddən kənarda qalırsa, onun xəstəliyi ağır keçir. Yeni illə əlaqədar
kütləvi tədbirlər təşkil olunur. Biz valideyinlərə uşaqları bu tədbirlərdən
kənar tutmağa və onların peyvəndlənməsinə diqqət etmələrini məsləhət görürük”,
– deyə həkim qeyd edib.

Source link