d9bbc5a7-4c6a-42fc-8cf1-d77c7dea3aa4..jpg

Afaq Gəncəli: “Verilişimə görə məni ölümlə hədələyiblər” – VİDEO

Baxış sayı: 683 dəfə baxılıb.

Afaq Gəncəli: “Verilişimə görə məni ölümlə hədələyiblər” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qalmaqalın içindən çıxırdım ki, ora düşməyim (gülür). İndi verilişim yoxdur
deyə başım sakitdir. Amma hazırlaşıram. İmmunitetim hazırdır. Bütün sinir
sistemim pisləşmişdi. Elə səhhətimdəki problemlər bundan sonra yarandı. Hər
verilişdən sonra zənglər gəlirdi ki, bunu və bunları niyə efirə verdiniz?”

Bizim.Media-nın məlumatına görə, bu sözləri aparıcı Afaq Gəncəli qonaq olduğu
“10-da görüşək” səhər şousunda deyib.

Televiziya ulduzu aparıcısı olduğu maqazin verilişinə görə ölümlə
hədələndiyini açıqlayıb:

“Uzağa getməyək, Türkiyə və Rusiyanın maqazin verilişlərinə baxanda hamımız
deyirik ki, nə gözəldir, ulduzların şəxsi həyatından tutmuş, villasını,
qarderobunu, evində çalışan işçisinə qədər hər şeyini göstərirlər. Hamıya
bunlar maraqlı gəlir və onlardan danışırlar. Sıra gəlir, çatır bizə. Hər
birimizin həyatında nələrsə baş verə bilər. Biz insanıq, ikinci dəfə ailə
həyatı da qura, evimizdə hər şeyi göstərə də bilərik. Bizdə hər şey təəccüb və
heyrətlə qarşılanır və dərhal “olmaz” sözü deyilir. Əgər biz hər şeyi olduğu
kimi, normal qəbul etsək, real həyatda hamımız hər şeyi artıqlaması ilə
ifratına qədər belə hər şeyi qəbul edirik. Amma sıra təqdimata gəlib çatanda
“aydan arı, sudan duru” məsələsi ortalığa çıxır. Sənin abırın imkan vermir ki,
ona deyəsən ki, ay insan, bu axı belə deyil. Amma o utanmır sənə desin ki, bu
belə deyil. Çox çətin məsələlərdir. Hətta mənə zəng vurub, ölümlə hədələyiblər.
Sən çıxıb bunu desən, biz səni öldürəcəyik. Bunlar boş söhbətlərdir”.

Qeyd edək ki, Afaq Gəncəli illər əvvəl ATV kanalında 10lar” və “ATV maqazin
10larla” şou-biznes xəbərlərindən ibarət olan verilişlərin aparıcısı olub. Afaq
ATV kanalından ayrılıb fəaliyyətini “Xəzər” kanalında davam etdirdikdə “Şourum”
maqazin verilişinin aparıcısı olub.

Daha sonra veriliş yayımdan qaldırılıb. Afaq üç ilə yaxın həmkarı Tural
Əsədovla “Səhər mərkəzi” verilişini aparıb. Səhhəti pisləşdikdən sonra aparıcı
verilişdən ayrılmaq məcburiyyətində qalıb.


Source link