173ab6ac-eb1b-4a50-b38d-d9322519e94a..jpg

AFFA avrokuboklar üçün altı kluba lisenziya verib

Baxış sayı: 540 dəfə baxılıb.

AFFA avrokuboklar üçün altı kluba lisenziya verib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA-nın Lisenziya Komissiyası Azərbaycan futbol klublarının
lisenziyalaşdırılması üzrə qaydaların 9-cu maddəsinə əsaslanmış müzakirələrdən
sonra dörd qərar qəbul edib.

Cixisyolu.com Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının mətbuat xidmətinə
istinadla xəbər verir ki, UEFA-nın kişilər arasında keçirilən klub yarışlarında
iştirak etmək üçün “Qarabağ”, “Neftçi”, “Sabah”, “Sumqayıt” , “Turan Tovuz” və
“Zirə”yə, UEFA-nın qadınlar arasında Çempionlar Liqasında iştirak etmək üçün
“Neftçi” və “Sumqayıt”a lisenziya verilib.

Premyer Liqa yarışlarında iştirak etmək üçün “Araz-Naxçıvan”, “Kəpəz”,
“Qəbələ” və “Səbail” klublarına lisenziya verilib.

Qeyd edək ki, Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə
qaydaların 14-cü maddəsinə müvafiq olaraq, 2024/2025-ci illər mövsümündə
lisenziya almış klublar avtomatik olaraq digər lisenziya(ları)nı əldə etmiş
hesab olunurlar.

Source link