AFFA Bakıda Mxitaryanın təhlükəsizliyinə zəmanət verib

Baxış sayı: 2. 681 dəfə baxılıb.

AFFA Bakıda Mxitaryanın təhlükəsizliyinə zəmanət verib

AFFA-nın baş katibi Elxan Məmmədov Londonun “Arsenal” klubunun erməni əsilli yarımmüdafiəçisi Henrix Mxitaryanı Bakıda mayın 29-da Avropa Liqasının finalında “Çelsi”yə qarşı keçiriləcək oyun zamanı heç bir təhlükə gözləmədiyini bildirib.

ÇıxışYolu.Com bu barədə “The Telegraph” nəşrinə istinadən məlumat verir.

“Bizim dövlət orqanlarımız UEFA-ya Mxitaryanın Bakıya səfəri ilə bağlı zəmanət veriblər. Təhlükəsizliyin təmin edilməsi ilə bağlı heç bir problem yoxdur. Biz hələ “Arsenal” finala çıxmamışdan öncə UEFA tərəfindən zəmanətin verilməsinə dair sorğu almışdıq. Bizim hakimiyyət Mxitaryanın Bakıya gəlişi ilə üçün lazımi təhlükəsizlik tədbirlərini görüb”, – deyə Məmmədov qeyd edib.

Bir qədər öncə “The Times” bildirmişdi ki, Mxitaryan Avropa Liqasının finalını “təhlükəsizlik baxımından” buraxa bilər.