cbdddbb7-391d-42a1-8a2a-12e69f006c7c..jpg

AFFA cəzaları açıqladı

Baxış sayı: 759 dəfə baxılıb.

AFFA cəzaları açıqladı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Peşəkar Futbol Liqasının rəsmi saytının yaydığı məlumata görə, toplantıda I
Divizionun XXIV turunda yaşanan neqativ hallara hüquqi qiymət verilib.

“Qəbələ-2” – MOİK oyununda MOİK qonaq komandanın futbolçusu Kamil Hüseynov
ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına
görə 1 oyun cəzalanıb, klub 20 manat cərimə edilib.

Sözügedən matça Təcili Tibbi Yardım maşını təyin edilən vaxtdan gec gəldiyinə
görə “Qəbələ-2” komandası 40 manat cərimə olunub.

“Turan Tovuz-2” – “Mingəçevir” oyununda meydan sahibi komandanın futbolçusu
Abbas Ağazadə ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq meydançadan
kənarlaşdırıldığına görə 1 oyun cəzalanıb, komanda 20 manat cərimələnib.

“Şamaxı-2” – “Zaqatala” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə
cəzalandığına görə klub 80 manat cərimə edilib.

“Şamaxı-2” – “Zaqatala” oyununda qonaq komandanın futbolçusu İbrahim Qədirzadə
ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına
görə 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

“Kəpəz-2” – “Neftçi-2” oyununda gəncəlilərin 5 futbolçusu sarı vərəqə ilə
cəzalandığına görə komanda 80 manat cərimə edilib.

“Kəpəz-2” – “Neftçi-2” oyununda meydançaya kənar əşya atıldığına görə meydan
sahibi 160 manat cərimə edilib.

“İmişli” – “Qarabağ-2” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə
cəzalandığına görə klub 80 manat cərimələnib.

“İmişli” – “Qarabağ-2” oyununda Ağdam klubunun futbolçusu Elmir Abbasov ciddi
qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb,
komanda 160 manat cərimə edilib.

“İmişli” – “Qarabağ-2” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil
olduğuna görə meydan sahibi 160 manat cərimə edilib.

Source link