e94809cc-cd5e-4bef-a112-9eb1bb7d705e..jpg

AFFA Canni De Byazi ilə bağlı qərarını verdi – YENİLƏNİB

Baxış sayı: 618 dəfə baxılıb.

AFFA Canni De Byazi ilə bağlı qərarını verdi – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə yollar ayrılıb.

“Report”un əldə etdiyi məlumata görə, italiyalı mütəxəssislə yeni müqavilə
imzalanmayacaq.

Bu barədə qərar bu gün AFFA İcraiyyə Komitəsinin iclasında verilib.

Qeyd edək ki, Canni De Byazi 2020-ci ildən Azərbaycan millisinə rəhbərlik edib.

10:21

AFFA-nın İcraiyyə Komitəsinin (İK) fövqəladə iclası keçirilir.

“Report”un məlumatına görə, İK üzvlərindən Fərid Mansurov, Elxan Məmmədov,
Mahir Məmmədov və Elmar Məmmədyarov toplantıda iştirak etmirlər.

İclasın gündəliyinə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin
hesabatı və müqavilə müddətinin artırılıb-artırılmama məsələsi daxil edilib.

Canni De Byazi isə iclasda cəmi 10 dəqiqə iştirak edərək, oranı tərk edib.

Xatırladaq ki, bu, italyan məşqçinin ilk hörmətsizliyi deyil. Onun “aktiv”ində
AFFA-nın iclasını da, mətbuat konfransını
da tərk etmək, eləcə də oyundan sonra
azərbaycanlı jurnalistlərə qarşıtəhqiramiz sözlər
işlətmək var.

Source link