AFFA-da ad günü sazla qeyd olundu – FOTO

AFFA-da ad günü sazla qeyd olundu – FOTO

Baxış sayı: 2. 658 dəfə baxılıb.

Bu gün Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin 55 yaşı tamam olub.

ÇıxışYolu.Com xəbər verir ki, ənənəvi olaraq AFFA-nın inzibati binasında Musayevin ad günü təmtəraqlı şəkildə qeyd olunub.

Ancaq budəfəki ad günündə PFL əməkdaşları ona sürpriz etmək qərarına gəliblər. Belə ki, Musayev Gürcüstanın Borçalı mahalından olduğu üçün PFL əməkdaşları AFFA-ya aşıq gətirib.

Bu, onun üçün sürpriz olub. Daha sonra PFL-nin mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev özünün yazdığı yumoristik şeiri səsləndirməklə daha bir sürprizə imza atıb.

Qeyd edək ki, Ramin Musayev 2004-2008-ci illərdə Rövnəq Abdullayevin prezidenti olduğu “Neftçi”nin vitse-prezidenti vəzifəsində işləyib. Abdullayev AFFA prezidenti olduqdan sonra Musayev həmin qurum daxilində yeni yaradılmış PFL-nin prezidenti təyin olunub.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com