5da1092b-fda8-49ec-a1fc-a8d64e96cb1f..jpg

AFFA-dan hüquq-mühafizə orqanlarına MÜRACİƏT: Danışılmış matç iddiası ilə bağlı araşdırma başlandı

Baxış sayı: 678 dəfə baxılıb.

AFFA-dan hüquq-mühafizə orqanlarına MÜRACİƏT: Danışılmış matç iddiası ilə
bağlı araşdırma başlandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan birinci Liqasının 20-ci turunda aprelin 4-ü keçirilən “İrəvan” –
“Araz Saatlı” oyununun (1:4) nəticəsi ilə bağlı müəyyən şübhələr yaranıb.

Qol.az xəbər verir ki, sözügedən görüşün danışılmış matç olması ilə bağlı
iddialar səsləndirilir.

Məsələ ilə əlaqədar AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev açıqlama
verib.

O bildirib ki, AFFA olaraq danışılmış oyunlarla bağlı məsələləri daim diqqətdə
saxlayırlar:

“Sözügedən məsələ ilə bağlı hər hansısa bir məlumat AFFA-ya daxil olduğu
təqdirdə, dərhal müəyyən olunmuş addımlar atılır, aidiyyəti üzrə müəyyən
qurumlara məlumat ötürülür və araşdırma aparılır. Sözügedən oyunla bağlı da onu
qeyd edə bilərəm ki, bu matçın ictimaiyyətdə söz-söhbət yaratdığını nəzərə
alaraq bizim tərəfimizdən də məsələ nəzarətə götürülüb. Tərəfimizdən UEFA-ya
məlumat verilib. Ola bilsin, onların tərəfindən bu oyunla bağlı hər hansısa bir
əlavə məlumat AFFA-ya verilsin. Həmçinin öncədən qeyd etdiyim kimi müəyyən
addımlar artıq atılıb”.

S.Hacıyev qeyd edib ki, həmin oyunla bağlı AFFA tərəfindən güc strukturlarına
da müraciət edilib:

“Əlbəttə ki, məsələ araşdırıldıqdan sonra daha ətraflı məlumat verilə bilər”.

Əlavə edək ki, bir neçə gün əvvəl mediada “İrəvan” klubunun prezidenti Zahid
Niyazəliyevin saxlanılması ilə bağlı məlumat yayılıb. Onun mənimsəmədə ittiham
edildiyi iddia olunub.

Source link