AFFA futzal məşqçisinə ağır cəza verib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
AFFA İntizam Komitəsi futzal üzrə I Liqa komandası “Bakı”nın məşqçisi Namiq
İbrahimovu cəzalandırıb.
Cixisyolu.com xəbər verir ki, 17-ci turda PFL ilə görüşdə hakimləri təhqir etdiyi
üçün qırmızı vərəqə alan mütəxəssis meydanı tərk edərkən hakimlər və yarış
təşkilatçılarının ünvanına davamlı olaraq təhqiredici ifadələr işlədib.
Bu, onun beş oyunluq diskvalifikasiya edilməsi ilə nəticələnib.
Həmin liqanın “Metropoliten”-“Dalğa” oyunu isə birincilərin təyin edilən
vaxtda meydanda olmaması ucbatından baş tutmayıb. Bu, “Metropoliten”in 0:5
hesablı texniki məğlubiyyət almasına yol açıb.