ca90ebaf-ab34-4779-8491-77311d50f214..jpg

AFFA hakimləri təhqir edənləri cəzalandırıb

Baxış sayı: 632 dəfə baxılıb.

AFFA hakimləri təhqir edənləri cəzalandırıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA Region Liqasında hakimləri təhqir edən şəxslər İntizam Komitəsi
tərəfindən cəzalandırılıblar.

İdman.biz xəbər verir ki, “Ərgünəş” (Füzuli) – “Mil” (Beyləqan)
qarşılaşmasının 35-ci dəqiqəsində hakimi təhqir edən meydan sahiblərinin
rəsmisi Atəm Ağayev 5 oyun cəzalanıb.

“Araz” (İmişli) – “Ümid” (Saatlı) oyununda qonaqların futbolçusu Nurlan İsayev
təhqiredici ifadələr işlətdiyinə görə qırmızı vərəqə aldığı üçün 3 matçlıq cəza
alıb. “Hacıqabul” – “Olimpiya” (Ağcabədi) görüşündə qonaqların baş məşqçisi
Namiq Quliyev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 5 oyun
cəzalandırılıb.

“Veteran Tankçılar” (Gəncə) – “Bərdə” matçında meydan sahibləri əvəzetmə
limitini pozublar – buna görə gəncəlilərə xəbərdarlıq edilib.

Source link