5c5af018-fed7-4bc3-b26f-df33e6e93891..jpg

AFFA İcraiyyə Komitəsi De Byaziyə iradlarını bildirib

Baxış sayı: 1. 016 dəfə baxılıb.

AFFA İcraiyyə Komitəsi De Byaziyə iradlarını bildirib

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası
keçirilib.

AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, toplantıda Azərbaycan milli
komandasının baş məşqçisi Canni De Byazi tərəfindən AVRO-2024-ün seçmə
mərhələsi çərçivəsində Avstriya və İsveç milli komandalarına qarşı keçirilmiş
oyunlarla bağlı ətraflı hesabat təqdim olunub.

Hesabat dinlənildikdən sonra İcraiyyə Komitəsinin üzvləri tərəfindən uğursuz
nəticələrlə əlaqədar baş məşqçiyə iradlar səsləndirilib, hər iki oyunun ciddi
təhlil olunmasının, yol verilmiş səhvlərin gələcək oyunlarda təkrarlanmamasının
vacibliyi bildirilib. Eyni zamanda, qeyd olunub ki, milli komandanın heyətinə
cəlb olunan futbolçuların millinin oyunlarına daha da məsuliyyətlə yanaşması,
qarşılaşmalara hazırlıq və oyunlar zamanı vətənpərvərlik hisslərinin yüksək
olması və klubların da bu prosesdə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət
göstərməsi vacibdir.

İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur
Axundov rəhbərlik etdiyi federasiyanın fəaliyyəti barədə qısa məlumat verib,
futzal üzrə milli komandanın heyətinin komplektləşdirilməsi və ölkə çempionatı
ilə əlaqədar təkliflər səsləndirib.

İclasın sonunda Klublar Komitəsi tərəfindən İcraiyyə Komitəsinə ünvanlanmış
təkliflər barədə məlumat verilib. Müvafiq təkliflərə yaxın günlərdə münasibət
bildiriləcəyi qeyd olunub.

Source link