e05eeb8e-1b4a-407f-b228-ca7ab0d0fcec..jpg

AFFA İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq məsələlər AÇIQLANDI

Baxış sayı: 942 dəfə baxılıb.

AFFA İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq məsələlər AÇIQLANDI

AFFA İcraiyyə Komitəsinin növbəti iclasında müzakirə olunacaq məsələlər
açıqlanıb.

Milli assosiasiyanın rəsmi saytında verilən məlumata görə, yığıncağın
gündəliyinə bir sıra vacib məsələlər daxil edilib.

– Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə
bağlı həyata keçirilməsi nəzərdə tutulan silsilə tədbirlər

– 2024-2028-ci illər üçün FIFA və UEFA tərəfindən ayrılacaq maliyyə vəsaitinin
müxtəlif regionlarda yeni stadionların inşasına ayrılması

– Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçilərinin təsdiqi

– AFFA-nın nəzdində fəaliyyət göstərən müvafiq komitələrin tərkibinin təsdiqi

– Futbol veteranları üçün fərdi təqaüdlər haqqında Əsasnaməsinin təsdiqi

– Yoxlama və Təftiş Komitəsinin hesabatı

– I Divizionda çıxış etmək üçün Region Liqasinda 3 illik fəaliyyət tələbi ilə
bağlı qərarın müzakirəsi

– Azərbaycan Premyer Liqası, I Divizion və kubok oyunlarının internet
üzərindən yayımı və oyunların statistik məlumatlarının əldə olunmasının PFL-ə
həvalə olunmasının təsdiqi

– I Divizion və əvəzedici heyət yarışlarının ayrılmasının müzakirəsi

– 2023/2024 mövsümündən I Divizionda çıxış edən klublar üçün
lisenziyalaşdırmanın tətbiqinin müzakirəsi

– Azərbaycan Futzal Federasiyasının fəaliyyəti ilə bağlı qurum rəhbərliyinin
məlumatı

– Digər məsələlər

Qeyd edək ki, İcraiyyə Komitəsinin iclası martın 7-də baş tutacaq.

Source link