AFFA İntizam Komitəsi “Neftçi”ni cərimələyib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
AFFA İntizam Komitəsi “Neftçi” klubunu 1300 manat cərimələyib.
Bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, ağ-qaralar” Premyer Liqanın XIV turunda “Araz-Naxçıvan”la matç
(1:1) başa çatdıqdan sonra meydana kənar şəxslərin daxil olmasına görə 800
manat cərimələnib.
Görüşün 90+3-cü dəqiqəsində “Neftçi” azarkeşləri tərəfindən rəqib futbolçunun
ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib və bu hal cari
mövsümdə ikinci dəfə yaşandığına görə paytaxt təmsilçisi 500 manat cərimə
edilib.