AFFA İntizam Komitəsi “Sumqayıt” – “Sabah” oyunu ilə bağlı qərarını açıqlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının II turundan təxirə salınmış
“Sumqayıt” – “Sabah” oyununda baş verən neqativ hallarla bağlı qərarını
açıqlayıb.
Assosiasiyadan bildirilib ki, “Sumqayıt” klubu 4 futbolçusu sarı vərəqə
aldığına görə 700 manat cərimə edilib.
Qarşılaşmanın 90+4-cü dəqiqəsində “Sabah”ın baş məşqçisi Murad Musayev ikinci
sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun, həmçinin 24.08.2023-cü il
tarixində təyin edilmiş 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə
qırmızı vərəqə ilə cəzalandığına görə həmin tarixdə verilmiş 1 oyunluq şərti
cəza üzərinə əlavə olunmaqla ümumilikdə 2 oyun cəzalanıb. Paytaxt klubu isə
1000 manat cərimə edilib.
Qeyd edək ki, ötən gün baş tutan matç “Sumqayıt”ın 1:0 hesablı qələbəsi ilə
yekunlaşıb.