AFFA İntizam Komitəsi “Zirə” klubunun futbolçusunu CƏZALANDIRDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
AFFA İntizam Komitəsi “Zirə” klubunun futbolçusu Vladislav Kulaçı cəzalandırıb.
“Report” xəbər verir ki, buna ukraynalı futbolçunun təcavüzkar davranışı səbəb
olub.
30 yaşlı hücumçu Azərbaycan Premyer Liqasının XII turunun “Sabah” – “Zirə”
görüşünün 90-cı dəqiqəsində təcavüzkar davranışa yol verdiyinə görə 4 oyun
cəzalanıb. Paytaxt klubu isə 3000 manat cərimələnib.
Qeyd edək ki, bu qarşılaşma “Zirə”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.