İki futbol komandası AFFA-nın keçirdiyi turnirdən kənarlaşdırılıb.
ÇıxışYolu.Com xəbər verir ki, aprelin 6-da Region Liqasının ikinci pley-off mərhələsinin cavab oyunu olan “Füzuli” – “FC Baku” matçından (0:1) sonra bölgə klubu AFFA-ya rəsmi müraciət ünvanlayıb.
Müraciətə əsasən, Region Liqasının İşçi Qrupu və AFFA-nın danışılmış oyunlarla bağlı komissiyası tərəfindən araşdırma aparılıb və araşdırma üçün təqdim olunmuş faktlar nəzərə alınmaqla, araşdırmanın ilkin nəticəsi olaraq “Füzuli” və “FC Baku” klubları cari mövsümün sonuna qədər Region Liqası turnirindən kənarlaşdırılır.
Manipuliyasiya faktında birbaşa və dolayı iştirakı şübhə doğuran, “Füzuli” və “FC Baku” klublarında bu və ya digər şəkildə təmsil olunan rəsmi və qeyri-rəsmi şəxslər haqqında araşdırmalar bitdikdən sonra fərdi qaydada qərar qəbul ediləcək.
Bu isə o deməkdir ki, yarımfinal mərhələsində “FC Baku” ilə oynamalı olan Qusarın “Şahdağ” komandası oynamadan finala vəsiqə qazanıb.
Səbuhi MUSAYEV