Dünən Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında Azərbaycan və Ukraynanın 17 yaşadək qızlardan ibarət milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, oyundan əvvəl AFFA rəhbərliyi adından 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə hər iki komandanın üzvlərini təbrik edən baş katib Elxan Məmmədov onlara, eləcə də, görüşü idarə edən azərbaycanlı qadın hakimlər briqadasına gül təqdim edib.
Qeyd edək ki, həmin matç yığmamızın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
S.T.
www.ÇıxışYolu.Com