AFFA-nın seçkidə kimə səs verəcəyi bilindi

Baxış sayı: 2. 217 dəfə baxılıb.

AFFA-nın seçkidə kimə səs verəcəyi bilindi

AFFA rəhbərliyinin 2019-cu il fevralın 7-də İtaliyanın paytaxtı Romada UEFA-nın 43-cü Konqresində keçiriləcək seçkidə kimə səs verəcəyi müəyyənləşib.

ÇıxışYolu.Com xəbər verir ki, AFFA hazırkı UEFA prezidenti sloveniyalı Aleksander Çeferinin namizədliyini dəstəkləyəcək.

Bununla bağlı AFFA-dan UEFA-ya müvafiq rəsmi məktub göndərilib.

Qeyd edək ki, ötən seçkidə də seçkiqabağı platformasında yer alan sosial məsuliyyət, assosiasiyalararası dialoq, UEFA irsinin davam etdirilməsi, Avropa futbol təşkilatının hər zaman zirvədə saxlanılması ilə bağlı müddəalarla tanış olduqdan sonra AFFA rəhbərliyi Aleksander Çeferinin namizədliyini dəstəkləmişdi.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com